Paşinyan ədliyyə nazirinin müavinini işdən çıxarıb

Paşinyan ədliyyə nazirinin müavinini işdən çıxarıb
  20 Dekabr 2021    Oxunub:561
Ermənistanın ədliyyə nazirinin müavini Suren Qriqoryan tutduğu vəzifədən azad edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı baş nazir Nikol Paşinyan müvafiq qərarı imzalayıb.

Xatırladaq ki, 29 yaşlı Qriqoryan bu ilin aprelində ədliyyə nazirinin müavini təyin edilib. Bundan əvvəl o, hakim “Mənim addımım” fraksiyasının deputatı olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti