Ermənistan MTX-nin sabiq rəis müavini yeni vəzifəyə təyin edilib

Ermənistan MTX-nin sabiq rəis müavini yeni vəzifəyə təyin edilib
  20 Dekabr 2021    Oxunub:531
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini Robert Bazikyan Dövlət Nəzarəti Xidmətinin rəis müavini təyin edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müvafiq sərəncamı baş nazir Nikol Paşinyan imzalayıb.

Ermənistan prezidenti Armen Sarkisyan 2020-ci ilin iyulunda Robert Bazikyanın Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Həmin vaxt Bazikyan cəmi altı ay idi ki, bu vəzifədə çalışırdı.

Xatırladaq ki, dekabrın 9-da Ermənistanın keçmiş ətraf mühüt naziri Romanos Petrosyan Nəzarət Xidmətinin rəisi təyin edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti