İranın XİN başçısı Azərbaycana gəlir

 İranın XİN başçısı Azərbaycana gəlir
  20 Dekabr 2021    Oxunub:776
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu həftə sonu Azərbaycana səfər edəcək.
AzVision.az "İRNA"ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə həyata keçiriləcək.

"Hüseyn Əmir Abdullahian səfər zamanı Bakıda ikitərəfli münasibətlərin və ticarət əlaqələrinin inkişafı ilə bağlı danışıqlar aparılacaq", - Xətibzadə bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti