Rusiyanın aviaşirkəti Füzuliyə uçuşlar həyata keçirəcək

 Rusiyanın aviaşirkəti  Füzuliyə  uçuşlar həyata keçirəcək
  20 Dekabr 2021    Oxunub:1090
“Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi üç aviaşirkətə Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana reyslər həyata keçirməyə icazə verib.
AzVision.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Ötən həftə keçirilən iclasın yekunlarına əsasən, bu icazənin “Azur Air”, “North Wind”, “IrAero” aviaşirkətlərinə verilməsi barədə qərar qəbul edilib.

“İrAero” şirkəti həftədə iki dəfə Moskva şəhərindən Füzuli Beynəılxalq Hava Limanına və Zaqatalaya uçuşlar həyata keçirəcək. Həmçinin, “AzurAir” şirkəti Rusiyanın Samara, Rostov, Krasnodar, Kazan şəhərlərindən həftədə iki dəfə, “Nord Wind” şirkəti isə Soçi şəhərindən həftədə 7 dəfə Bakıya uçuşlar yerinə yetirmək hüququ əldə edib.

Xatlırladaq ki, oktyabrın 15-dən Baş nazir Əli Əsədovun imzaladığı qərarla beynəlxalq status verilmiş Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilib. Hər növ təyyarələr qəbul etmək iqtidarında olan hava limanındakı enmə zolağının uzunluğu 3000, eni 60 metr, terminalı isə saatda 200 sərnişini yola salmaq gücündədir.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Füzuli   Rusiya   Uçuş  



Xəbər lenti