Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək

 Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
  20 Dekabr 2021    Oxunub:911
“Türkiyə bölgəmizdə sabitlik və təhlükəsizlik üçün addımlar atır. Son günlər Ermənistanla etimadın artırılması istiqamətindəki addımlar da bu çərçivədədir”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa təmasların başlaması üçün xüsusi nümayəndələr təyin edilib və yaxın günlərdə onların görüşü olacaq.

"Bizim arzumuz Cənubi Qafqazda tam şəkildə sabitlik və dincliyin olmasıdır. Həmçinin, ölkələri bir-birinə bağlayan, iqtisadi inkişafa böyük töhfə verəcək Zəngəzur dəhlizi daxil olmaqla dəmir yolu və quru yolu layihələrinin həyata keçməsidir. Bu layihələrə də Türkiyə olaraq əlimizdən gələn dəstəyi verəcəyik", - XİN rəhbəri əlavə edib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti