KTMT baş katibi Ermənistana gedir

KTMT baş katibi Ermənistana gedir
  20 Dekabr 2021    Oxunub:701
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas dekabrın 22-24-də Ermənistana səfər edəcək. Onun ölkənin siyasi və hərbi rəhbərliyi ilə görüşəcəyi bildirilir.
AzVision.az xəbər verir ki, bu barədə KTMT-nin saytında məlumat yayılıb.

Zasın Paşinyanla planlaşdırılan görüşü zamanı KTMT Şurasının sentyabr sessiyasının qərarlarının icrası və Ermənistanın sədrliyi dövründə qurumun fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üzrə fəaliyyət planı layihəsini təqdim edəcəyi gözlənilir.

KTMT baş katibinin xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla danışıqlar aparacağı da planlaşdırılır.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti