"Əvvəlkilər niyə Qarabağ problemini həll etmədilər"- Paşinyan

   "Əvvəlkilər niyə Qarabağ problemini həll etmədilər"-   Paşinyan
  20 Dekabr 2021    Oxunub:1540
"Ermənistanda Dağlıq Qarabağ məsələsi ilə bağlı verilən siyasi bəyanatların real danışıqlar prosesi ilə heç bir əlaqəsi yox idi".
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti orqanlarının bayramına həsr olunmuş iclasda məlumat verib. O qeyd edib ki, Qarabağ mövzusu dəfələrlə müzakirə olunub və uzun müddət, bəlkə də əsrlər boyu müzakirə olunacaqdı.

Paşinyan Gürcüstana gedir
- "Dağlıq Qarabağ münaqişəsi"nin müzakirələrlə həll oluna biləcəyi deyilirdi. Həll etdilərmi? Əgər bu cür mümkün idisə niyə problemi həll etmədilər?, – Paşinyan danışıqların əvvəlki hakimiyyətdən miras qalmasına eyham vuraraq bildirib.

Erməni baş nazirin sözlərinə görə, Ermənistan 20 ildən artıqdır ki, danışıqlar prosesində iştirak edir, o və başqaları daim siyasi bəyanatlar eşidiblər. Lakin danışıqların məzmunu ilə tanış olduqda əmin olublar ki, bir çox hallarda Ermənistan daxilində səslənən bəyanatların real proseslərin məzmunu ilə əlaqəli deyil.

- İndi Ermənistan hakimiyyəti də eyni yolla getmək istəmir.

Paşinyan hesab edir ki, qapalı məsləhətləşmələrdə, ictimai bəyanatlarda və danışıqlar masası arxasında eyni sözləri demək lazımdır. Bu müzakirələr isə tamamilə eyni ola bilməz.

- Çünki təhlükəsizlik mövzusunda hər hansı söhbət müəyyən məxfilik elementini ehtiva edir. Amma hakimiyyətin siyasəti ölkə daxilində bir söz, xaricində başqa söz demək deyil. Bu taktika çoxlu tələlərlə doludur-, Ermənistan hökumətinin başçısı deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Ermənistan   Paşinyan  



Xəbər lenti