Rusiya iki alman diplomatını persona non-qrata elan edib

Rusiya iki alman diplomatını persona non-qrata elan edib
  20 Dekabr 2021    Oxunub:1254
Rusiya Almaniyanın Moskvadakı səfirliyinin iki diplomatik əməkdaşını persona non-qrata elan edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, dekabrın 20-də Almaniya Federativ Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Qeza Andreas fon Qayr Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və o bu barədə məlumatlandırılıb.

Bildirilib ki, Rusiya Almaniyanın bütün addımlarına mütəmadi olaraq mütənasib şəkildə adekvat cavab verəcək.

Qeyd edək ki, Almaniya Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin qətli ilə bağlı Berlin Ali Məhkəməsinin hökmündən sonra iki rusiyalı diplomatı ölkədən çıxarıb.

AzVision.az


Teqlər: Almaniya   Rusiya  





Xəbər lenti