Konqresmen Ukraynadan ölkəsinə koronavirusla qayıdıb

Konqresmen Ukraynadan ölkəsinə koronavirusla qayıdıb
  20 Dekabr 2021    Oxunub:1193
Bir neçə gün əvvəl Ukraynada səfərdə olan Konqresmen Ceyson Krou koronavirusa yoluxduğunu bildirib.
AzVision.az xəbər verir ki, o, bu barədə öz Twitter səhifəsində yazıb. Diplomat bildirib ki, Ukraynaya rəsmi səfərdən qayıtdıqdan sonra COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb: "Vaksinasiya olunmuşam. Yəqin ki, bu səbəbdən xəstəliyin yüngül simptomları mövcuddur".

Qeyd edək ki, ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti Kiyevə səfər ediblər. Amerikalı qanunvericilərdən ibarət nümayəndə heyəti ABŞ-ın Rusiya ordusunun güclənməsi nəticəsində yaranan gərginliyin azaldılmasında diplomatiya və dialoqa sadiqliyini, Rusiyanın suveren Ukrayna ərazisinə növbəti müdaxiləsinə cavab olaraq sərt tədbirlər görəcəyini bir daha təsdiqləyiblər.

AzVision.az


Teqlər: Ukrayna   ABŞ  





Xəbər lenti