Peyvənd olunanların “omikron”a yoluxması təsdiqləndi

 Peyvənd olunanların “omikron”a yoluxması təsdiqləndi
  20 Dekabr 2021    Oxunub:1109
Yeni növ koronavirus infeksiyasının “omikron” variantının digər ştamlarla müqayisədə daha tez yayılması və peyvənd olunmuş, həmçinin COVID-19-dan sağalmış şəxslərə yoluxması ilə bağlı versiyalar öz təsdiqini tapır.

AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
O əlavə edib ki, bu il koronavirusdan ölənlərin sayı artıq 3,3 milyon nəfəri keçib və bu, 2020-ci ildə HİV, malyariya və vərəmdən ölənlərin sayından çoxdur. Bundan əvvəl Avropada mövcud vaksinlərin “omikron”a zəif təsir etdiyi bildirilib.

AzVision.az


Teqlər: Omikron   Koronavirus  





Xəbər lenti