Qırğızıstan daxili qoşunlarının komandanı saxlanılıb

Qırğızıstan daxili qoşunlarının komandanı saxlanılıb
  21 Dekabr 2021    Oxunub:787
Qırğızıstanın Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı İslambek Kenjekulov 400 min dollara yaxın mənimsəmə işi üzrə saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.

“Şübhəli şəxs (Kenjekulov – red.) daxili qoşunlara 34 milyon som ziyan dəyməsi ilə bağlı əvvəllər açılmış cinayət işi çərçivəsində saxlanılıb”, - açıqlamada vurğulanıb.

Bir həftə əvvəl Baş Prokurorluq Qırğızıstan Daxili İşlər Nazirliyinin daxili qoşunlarının vəzifəli şəxsləri tərəfindən vəsaitlərin mənimsənilməsi üzrə korrupsiya sxeminin müəyyən edilməsi barədə məlumat yayıb. Yoxlama zamanı müəyyən edilib ki, şəxsi heyətə yemək və əşyaların alınması üçün nəzərdə tutulan təxminən 34 milyon som (təxminən 400 min dollar) qeyri-qanuni olaraq saxta şirkətlərin hesablarına köçürülüb, sonra isə mənimsənilib.

Faktla bağlı daxili qoşunların vəzifəli şəxsləri barəsində cinayət işi açılıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qırğızıstan  





Xəbər lenti