"NATO kəşfiyyat təyyarələrinin uçuş tezlikləri artıb"- Əlixanov

   "NATO kəşfiyyat təyyarələrinin uçuş tezlikləri artıb"-   Əlixanov
  21 Dekabr 2021    Oxunub:1536
Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov son vaxtlar NATO-nun kəşfiyyat təyyarələrinin uçuş tezliklərinin artmasını bəyan edib.
AzVision.az xəbər verir ki, o, Rusiya aviasiyasının da alyansın sərhədləri yaxınlığında uçuşlar həyata keçirdiyini qeyd edib.

"NATO soyuq müharibə təfəkküründən əl çəkməlidir"- Çin XİN
- Əlbəttə, tezlik artıb, amma mənim başa düşdüyüm qədər, onlar burada kosmosdan görə bilmədikləri heç nəyə baxa bilmirlər. Bu, daha çox sərhədlərin və bizim nə qədər tez reaksiya verməyimizin yoxlanılmasıdır,-qubernator deyib.

Əlixanov onu da bildirib ki, Rusiya Aerokosmik Qüvvələri NATO təyyarələrinin hərəkətini səmərəli şəkildə izləyirlər. Bununla bağlı heç bir problem yoxdur və Rusiya pilotları mütəmadi olaraq NATO sərhədləri yaxınlığında patrul xidməti həyata keçirirlər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Uçuş   Rusiya  



Xəbər lenti