Pakistan Əfqanıstana raket zərbəsi endirib

Pakistan Əfqanıstana raket zərbəsi endirib
  21 Dekabr 2021    Oxunub:1215
Əfqanıstanın şərqindəki Kunar əyalətinə Pakistanın raket zərbələri endirməsi nəticəsində iki nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə mətbuata tayfalardan birinin başçısı deyib.

Bundan əvvəl Əfqanıstan mediası Pakistanın Kunara raket hücumu endirməsi barədə məlumat yayıb.

Qeyd olunub ki, raket hücumu nəticəsində Şoltan Dərə kəndində iki nəfər yaralanıb. Bu, "Taliban" hakimiyyətə gəldikdən sonra Pakistan ərazisinə ilk raket hücumudur.

Xatırladaq ki, cari il avqustun 15-də "Taliban" qüvvələri paytaxt Kabilə daxil oldu, ertəsi gün isə müharibənin bitdiyini elan etdilər. Hazırda "Taliban" ölkədə müvəqqəti hökumət qurub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Pakistan   Əfqanıstan   Hücum  



Xəbər lenti