Pakistan Əfqanıstana raket zərbəsi endirib
Bundan əvvəl Əfqanıstan mediası Pakistanın Kunara raket hücumu endirməsi barədə məlumat yayıb.
Qeyd olunub ki, raket hücumu nəticəsində Şoltan Dərə kəndində iki nəfər yaralanıb. Bu, "Taliban" hakimiyyətə gəldikdən sonra Pakistan ərazisinə ilk raket hücumudur.
Xatırladaq ki, cari il avqustun 15-də "Taliban" qüvvələri paytaxt Kabilə daxil oldu, ertəsi gün isə müharibənin bitdiyini elan etdilər. Hazırda "Taliban" ölkədə müvəqqəti hökumət qurub.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Pakistan Əfqanıstan Hücum







Vaxtında, Aydın, Lazımlı!


