Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

   Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək
  21 Dekabr 2021    Oxunub:750
“Gələn ilin aprel-may aylarında Qırğızıstanın Prezidenti Sadr Japarovun Azərbaycana səfəri gözlənilir”.
AzVision.az xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səfər zamanı Strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq. Diplomat bildirib ki, hazırda Strateji tərəfdaşlıq haqqında saziş üzərində iş aparılır.

Əlavə edib ki, 2022-ci ildə Azərbaycan Prezidentinin də Qırğızıstana səfəri gözlənilir.

AzVision.az





Teqlər: Qırğızıstan  



Xəbər lenti