Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb

   Paşinyan Azərbaycanla  avtomobil əlaqəsinin bərpasından  danışıb
  21 Dekabr 2021    Oxunub:1631
“Artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var”.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən deyib.

O bildirib ki, söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir: “Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq".

Paşinyanın sözlərinə görə, bunun üçün əldə olunan razılaşmaların icrası üzərində işləmək lazımdır.

Baş nazir, həmçinin Azərbaycanla avtomobil yolunun bərpasının mümkünlüyünü də vurğulayıb: “Nəzərinizə çatdırmaq istəyirəm ki, noyabrın 26-sı Soçidə Rusiya Prezidenti Vladimir Putin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin yekununda Azərbaycanla avtomobil əlaqəsinin bərpa olunması barədə razılaşma əldə etmək imkanı yaranıb”.

Qeyd edək ki, Paşinyan dünən Tbilisidə Ermənistan-Gürcüstan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Nikol-Paşinyan  





Xəbər lenti