Ermənistanda partiya sədri saxlanılıb

Ermənistanda partiya sədri saxlanılıb
  21 Dekabr 2021    Oxunub:843
Ermənistanda Milli Təhlükəsizlik Partiyasının sədri, sabiq prezident Robert Koçaryanın keçmiş müşavir Qarnik İsaqulyan saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsaqulyan “yalan məlumat yaymaq” maddəsi ilə başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Belə ki, 2021-ci il sentyarbın 20-də keçirdiyi mətbuat konfransında Ermənistanın Ukraynadakı səfirinin Türkiyə və Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ələ alındığı, 2008-ci ildən sonra bu dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etdiyini açıqlayıb. O iddia edib ki, erməni diplomat Azərbaycanın Ukraynadakı səfiri ilə görüşüb. Bu görüşün nəticəsində isə Ermənistanın baş naziri Batumidə Türkiyə prezidentinin nümayəndələri ilə görüşərək pensiyaları ödəmək üçün pul istəməli imiş.

İstintaq nəticəsində müəyyən edilib ki, İsaqulyan səfirə qarşı böhtan atmaqla ağır cinayət işlədib.

Komitə onun əvvəllər də ölkənin baş nazirinə, keçmiş və indiki məmurlara qarşı saxta ittihamlar irəli sürdüyünü açıqlayıb.

Pərvanə Sultanova
AzVision.az









Teqlər: Ermənistan  





Xəbər lenti