"Bu, etimadı gücləndirən humanitar jestdir" - Aİ nümayəndəsi

"Bu, etimadı gücləndirən humanitar jestdir" -    Aİ nümayəndəsi
  21 Dekabr 2021    Oxunub:1260
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın iki hərbi qulluqçusunun Ermənistan tərəfindən təhvil verilməsini alqışlayıb.
AzVision.az xəbər verir ki, bu barədə avropalı diplomat tvitterdə yazıb.

Onun sözlərinə görə, bu, etimadı gücləndirən mühüm humanitar jestdir.

Xatırladaq ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Müdafiə Nazirliyinin məlumatına görə, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Toivo-Klaar  



Xəbər lenti