Putin Qarabağdakı sülhməramlılara təşəkkür edib

   Putin Qarabağdakı sülhməramlılara təşəkkür edib
  21 Dekabr 2021    Oxunub:738
"Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması sayəsində humanitar vəziyyət yaxşılaşıb".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş tərkibli kollegiyasında deyib.

"Bir ildən artıqdır ki, sülhməramlılarımız Dağlıq Qarabağda sabitliyin qorunmasına kömək edir. Onların səyləri nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonların əraziləri minalardan təmizlənib, sosial infrastruktur bərpa edilib, tarixi və mədəniyyət abidələri qorunub saxlanılıb”, - o bildirib.

Putin sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və əzmkarlığına görə təşəkkür edib.

Pərvanə Sultanova
AzVision.az






Teqlər: Vladimir-Putin   Qarabağ  



Xəbər lenti