"Rusiyanın təhlükəsizlik təminatı üzrə təklifi ultimatum deyil" - Putin

   "Rusiyanın təhlükəsizlik təminatı üzrə təklifi ultimatum deyil" -    Putin
  21 Dekabr 2021    Oxunub:514
“Rusiya təhlükəsizlik təminatına dair təkliflərinə ABŞ-dan aydın cavab gözləyir".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

Onun sözlərinə görə, Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təklifləri Qərb ölkələrinə ultimatum deyil: “Artıq görürük ki, bəzi bədxahlar, açıq desək, bunu Rusiyadan gələn ultimatum kimi şərh edirlər. Bu ultimatumdur, ya yox? Əlbəttə ki, yox”, - Putin əlavə edib.

Daha əvvəl o, ABŞ prezidenti Co Baydenin Rusiya ilə ABŞ arasında təhlükəsizlik təminatları üzrə danışıqlara məsul şəxslərin təyin edilməsi ideyasının olduğunu söyləyib.

Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın narahatlığının nədən ibarət olduğunu Vaşinqtonla müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Vladimir-Putin  





Xəbər lenti