Belarus xaricdən gələnlər üçün özünütəcrid tələbini ləğv etdi

Belarus xaricdən gələnlər üçün özünütəcrid tələbini ləğv etdi
  21 Dekabr 2021    Oxunub:726
Belarus karantin qaydalarına dəyişiklik edib. AzVision.az xəbər verir ki, respublikanın Dövlət Sərhəd Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə artıq dekabrın 22-dən xaricdən gələnlər üçün özünütəcrid rejiminə riayət etmək tələbi ləğv ediləcək.
- Dekabrın 22-də saat 00.00-dan Nazirlər Şurasının qərarı qüvvəyə minir. Xaricdən gələn bütün kateqoriyadan olan vətəndaşlar üçün özünütəcrid ləğv edilib, - deyə idarənin mətbuat xidməti Teleqramında məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Belarusun Səhiyyə Nazirliyi koronavirus üçün əlverişsiz vəziyyətə malik ölkələrin siyahısını dərc etmişdi və ölkəyə gələn vətəndaşların məcburi özünü təcrid etmələri tələb olunurdu. Əvvəlcə müddət iki həftə oldu. Lakin sonra on, bu ilin iyulunda isə 7 günə endirildi. “Qırmızı zona”ya daxil olan ölkələrin siyahısına 132 dövlət daxildir. Bu yay isə Belarus ölkəyə COVID-19 peyvəndi sertifikatı ilə daxil olanlar üçün özünütəcrid ehtiyacını aradan qaldırmaq qərarına gəldi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti