Çovğun Spitakda yüzlərlə avtomobili "iflic etdi"

Çovğun Spitakda yüzlərlə avtomobili "iflic etdi"
  21 Dekabr 2021    Oxunub:1590
Ermənistanda güclü çovğun səbəbindən yüzlərlə avtomobil hərəkətsiz hala gəlib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Spitakda xeyli sayda avtomobil aşırımlarda ilişib qalıb.

- Bu yolda bir neçə avtomobilin toqquşduğu, lakin tələfatın olmadığı bildirilir. Tıxacın yaranmasına səbəb həm də yay təkərləri taxan avtomobillər səbəb olub. Artıq yolların təmizlənməsi işlərinə başlanılıb. Qar fırtınası dayanmayıb və yollar daim qarla örtülür. Hazırda 200-dən çox avtomobilin çovğun səbəbindən ilişib qaldığı deyilir-,yerli saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti