Psaki Baydenin koronavirusa yoluxmadığını açıqladı

Psaki Baydenin koronavirusa yoluxmadığını açıqladı
  21 Dekabr 2021    Oxunub:887
"ABŞ prezidenti Co Bayden koronavirusa yoluxmuş Ağ Ev əməkdaşı ilə təmasda olmasına baxmayaraq özünü pis hiss etmir".
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə məlumat verib.

- Bu səhər onunla bir neçə saat keçirdim, özünü əla hiss edir,-Psaki brifinqdə deyib.

Qeyd edək ki, dekabrın 17-də Baydenlə əlaqə saxlayan Ağ Ev əməkdaşının koronavirusa yoluxduğu açıqlanmışdı. Bayden daha sonra dərhal testlərdən keçib. ABŞ prezidentinin karantinə alınmaq planının olmadığı bildirilib.

Tural Tağıyev

AzVision.az



Teqlər: Bayden   Koronavirus   Psaki  



Xəbər lenti