Suriya üzrə sammitin tarixi açıqlanıb

Suriya üzrə sammitin tarixi açıqlanıb
  22 Dekabr 2021    Oxunub:1006
“Rusiya, İran və Türkiyə 2022-ci ilin fevral və ya mart ayında Tehranda Astana formatında sammit keçirmək barədə razılığa gəliblər”.
AzVision.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə xüsusi baş müşaviri Əli Əsgər Hacı deyib.

"Bəli, sammit planlaşdırılır. Biz gələn ilin əvvəlində onu keçirməyə hazırlaşırıq. Bu, pandemiya ilə bağlı vəziyyətdən asılı olacaq. Amma ümumilikdə, sammitin keçirilməsinə razılaşdıq”, - iranlı diplomat vurğulayıb.

Qeyd edib ki, toplantının keçirilməsi ilə bağlı məsələ Nur-Sultandakı danışıqlarının gündəliyində olub və bu, qarant ölkələrin yekun bəyanatında ayrıca bənd kimi öz əksini tapacaq.

Onun sözlərinə görə, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin sammitdən əvvəl görüşü də planlaşdırılır: "Nazirlərin görüşü gələn il olacaq. Yanvarda və ya fevralın əvvəlində. Bundan sonra isə sammit keçiriləcək”.

Diplomat Suriya üzrə Astana formatında növbəti beynəlxalq görüşün sammitdən bir neçə həftə sonra çağırılacağını bildirib.

2020-ci il iyulun 1-də Rusiya, İran və Türkiyə prezidentləri Suriya nizamlanmasına həsr olunmuş virtual sammit keçirib və epidemiya şəraiti imkan verdiyi zaman Tehranda baş tutacaq əyani görüşün perspektivlərini müzakirə ediblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Astana-formatı   Sammit  



Xəbər lenti