Paşinyan Overçukla görüşüb
Görüşdə baş nazirin müavini Mqer Qriqoryan və Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin iştirak edib.
Rusiya baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti hökumətlərarası şuranın iclasında iştirak etmək üçün İrəvana gəlib. Bundan əvvəl Overçuk Bakıda olub.
Xatırladaq ki, Overçuk Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üzrə yaradılmış üçtərəfli işçi qrupunun Rusiya tərəfdən həmsədridir.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Ermənistan Rusiya







Vaxtında, Aydın, Lazımlı!


