"Omikron"a qarşı peyvəndin hazırlanmasına başlanılıb
"Oksford Universiteti ilə birlikdə “Omikron”a qarşı vaksinin istehsalı istiqamətində ilkin addım atdıq", - açıqlamada deyilir.
Oksforddakı tədqiqat qrupunun rəhbəri Sand Duqlas deyib ki, adenovirus əsasında yaradılan vaksinlər, prinsipcə, istənilən yeni ştamma daha tez reaksiya vermək üçün istifadə edilə bilər.
Elm adamları hesab edirlər ki, lazım gələrsə, 100 gün ərzində peyvəndin modifikasiyasını hazırlaya biləcəklər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq 106 ölkədə koronavirusun “Omikron” ştammının aşkar edildiyini açıqlayıb. Qeyd edək ki, bu variant ilkin olaraq Afrikanın cənubunda yayılmağa başlayıb.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Omikron







Vaxtında, Aydın, Lazımlı!


