Ermənistanda virusa yoluxanların sayı 344 minə çatır

Ermənistanda virusa yoluxanların sayı 344 minə çatır
  22 Dekabr 2021    Oxunub:507
Ermənistanda son sutka ərzində daha 152 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 343 997 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 921-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 494 nəfərdir. Aktiv xəstələrin sayı 5 301 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti