Ermənistanın sabiq mədəniyyət naziri axtarışa verilib

Ermənistanın sabiq mədəniyyət naziri axtarışa verilib
  22 Dekabr 2021    Oxunub:1005
Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyan axtarışa verilib, onun barəsində qiyabi həbs qərarı çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Erməni Cəmiyyətinin idarə heyətinin üzvü Qor Davtyan, təşkilatın rəhbəri, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və sədrin birinci müavini, keçmiş mədəniyyət naziri Asmik Poqosyan cinayət sxemini həyata keçiriblər.

Sovet dövründən bu qurum İrəvanın mərkəzində, Abovyan küçəsində köhnə binada yerləşib. Təşkilatının sədrinin dəstəyi ilə Poqosyan bu binanı qurumun mülkiyyəti kimi qeydiyyata alıb. Daha sonra təxminən 400 min dollar qiyməti olan bina və onun torpaq sahəsində məhdud məsuliyyətli cəmiyyət yaradıblar. Beləliklə, bina ticarət müəssisəsinin mülkiyyətinə keçib.

Nəhayət, sözügedən müəssisənin 550 min dollarlıq səhmlərinin 100%-i Britaniyanın Virciniya adalarında Poqosyanın gəlininin adına qeydiyyatdan keçmiş şirkətə satılıb.
O, öz növbəsində səhmlərin 50%-ni Armen Smbatyanın dostu Sarkis Martirosyana və Qor Davtyanın anası Adela Stepanyana satıb.

Armen Smbatyan və Qora Davtyanın istintaqı artıq yekunlaşıb, iş ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti