Rusiyada koronavirusdan ölənlərin sayı 300 mini keçdi

   Rusiyada koronavirusdan ölənlərin sayı 300 mini keçdi
  22 Dekabr 2021    Oxunub:520
Rusiyada son sutka ərzində daha 25 264 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 10 292 983 nəfərə çatıb.

Ötən gün Rusiyada koronavirusdan 1020 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 300 269 nəfərə çatıb. İndiyədək 9 097 521 xəstə sağalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Virus  





Xəbər lenti