"Tehran-Bakı əməkdaşlığının inkişafı üçün ideyalar var" - İran XİN

   "Tehran-Bakı əməkdaşlığının inkişafı üçün ideyalar var" -    İran XİN
  22 Dekabr 2021    Oxunub:1718
"Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif ideyalar var".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian aeroportda jurnalistlərə deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçiriləcək:

“İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsinə çox sevinirəm. Ötən üç ay ərzində azərbaycanlı həmkarımla bir neçə görüşüm olub. Əməkdaşlığın inkişaf etdirilməsi üzrə yaxşı formatlar çərçivəsində razılıq əldə etmişik. Səfər zamanı keçiriləcək görüşlərdə bu işlər yekunlaşdırılacaq. Bundan sonra iki ölkə arasında çoxlu sayda iqtisadi, ticarət və mədəni heyətlərin səfərləri olacaq”, - o bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   İran  



Xəbər lenti