Naxçıvandan İrana kommunikasiyanın açılması müzakirə edilir"- Qriqoryan

Naxçıvandan İrana kommunikasiyanın açılması müzakirə edilir"-   Qriqoryan
  22 Dekabr 2021    Oxunub:1241
"Regional kommunikasiyaların açılması üzrə işçi qrupu Yerasx-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir".

AzVision.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə verdiyi açıqlamada deyib.
O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət işçi qrupunun müzakirələrə çıxardığı variantlardan biri Mehri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiya açılmasıdır. Çünki əvvəllər tikintinin üç il çəkə biləcəyi deyilirdi.

- Əlbəttə ki, mövcud infrastrukturun köməyi ilə həyata keçirilə biləcək istənilən kommunikasiyanın açılması ehtimalı bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və mən hələ ki, hansı razılığa gələcəyimizi deyə bilmərəm, - Qriqoryan deyib.

Rəsmilər həmçinin daha bir dəmir yolunun - İcevan-Qazax xəttinin açılması imkanlarını da müzakirə ediblər. Buna baxmayaraq, hazırkı mərhələdə məsrəflər diqqətə alınaraq real layihələr nəzərdən keçirilir.
- Gündəlikdən heç bir variant çıxarılmasa da, hazırda danışıqların bu mərhələsinə aid məsələlər müzakirə olunur, - Ermənistanın baş nazirinin müavini izah edib.

Qeyd edək ki, Qriqoryan dekabrın 22-də İrəvanda rusiyalı həmkarı Aleksey Overçukla birgə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasını keçirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti