“TurkoVac” təcili istifadə üçün təsdiqlənib

   “TurkoVac” təcili istifadə üçün təsdiqlənib
  22 Dekabr 2021    Oxunub:760
“Türkiyədə koronavirus əleyhinə hazırlanmış inaktiv “TurkoVac” peyvəndi təcili istifadə üçün təsdiqlənib”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri səhiyyə naziri Fəxrəddin Qocadan canlı yayımda vaksinin nə vaxt kütləvi istifadəyə buraxılacağını soruşub.

Nazir isə bildirib ki, “TurkoVac”ın növbəti həftənin sonlarından etibarən kütləvi istifadəsinə başlanılacaq. Onun sözlərinə görə, vaksinlə bağlı tədqiqatlar 1 həftə - 10 gün ərzində tamamlanacaq, bundan sonra başda şəhər xəstəxanaları olmaqla poeyvənd kütləvi istifadəyə təqdim ediləcək.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: TurkoVac  



Xəbər lenti