Zas Qriqoryanla delimitasiya və demarkasiya prosesini müzakirə edib

Zas Qriqoryanla delimitasiya və demarkasiya prosesini müzakirə edib
  22 Dekabr 2021    Oxunub:713
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

- Tərəflər Ermənistan-Azərbaycan, Tacikistan-Qırğızıstan, Tacikistan-Əfqanıstan sərhədlərindəki vəziyyətə toxunublar. Zas Əfqanıstandan KTMT ölkələrinə miqrasiya axınının artırılmasının mümkünlüyünə işarə edərək, bunu problem kimi qiymətləndirib.Ermənistan Təhlükəsizlik Şurasının katibi isə Azərbaycanla sərhəddəki vəziyyət haqqında danışaraq bunun İrəvan üçün bir nömrəli çağırış olduğunu vurğulayıb. Bu kontekstdə tərəflər delimitasiya və demarkasiya prosesinin tezliklə başlanması üçün şəraitin təmin edilməsinin vacibliyini qeyd ediblər-, yerli saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti