ABŞ-da 100 milyard dollar oğurlanıb

   ABŞ-da 100 milyard dollar oğurlanıb
  22 Dekabr 2021    Oxunub:989
Fırıldaqçılar cinayətkar sxemlər vasitəsilə pandemiya dövründə əhalini və biznesi dəstəkləmək üçün ABŞ hökumətinin ayırdığı vəsaitdən 100 milyard dollara yaxın pul oğurlayıblar. ABŞ-ın Məxfi xidmətinin bu sahədə cinayətlərin aşkarlanması üzrə əlaqələndiricisi Roy Dotson belə açıqlama verib.
AzVision.az xəbər verir ki, qurumun bildirdiyinə görə, bu ölkə vətəndaşalrına və müəssisələrinə yardım üçün ayrılmış 3,4 trilyon dolların təxminən 3%-ni təşkil edir. Oğurlanan vəsaitin əhəmiyyətli hissəsi işsizlik üzrə verilən müavinətlərin payına düşür. ABŞ-ın Əmək nazirliyində 87 milyard dolların aidiyyəti üzrə xərclənmədiyinin və bu vəsaitin böyük hissəsinin fırıldaqçıların əlinə keçdiyinin mümkün olduğunu bildirblər.

- Pulla dolu bu qazanın ölçüsünün özü cinayətkarları cəlb edir, - Roy Dotson “Associated Press” agentliyinə müsahibəsində deyib.

Hazırda işsizlikdən sığortalanma və kreditlərin verilməsi sahəsində fırıldaqçılığın araşdırılması çərçivəsində ABŞ-ın Məxfi xidməti hökumətin yardım paketindəki 1,2 milyard dollar vəsaiti dondurub. Bu problem üzrə indi bütün ştatlarda 900 təhqiqat işi aparılır və 100 nəfərə yaxın adam saxlanılıb.

Maraqlıdır ki, məhz belə fırıldaq yolu ilə 20 milyon dollar oğurlayaraq, qaçıb-gizlənmiş erməni Riçard Ayvazyanın 17 il və onun arvadı Marietta Terabelyanın 6 il müddətinə həbs olunması barədə ABŞ məhkəməsi təxminən bir ay əvvəl şifahi qərar çıxarıb.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: ABŞ   fırıldaq  



Xəbər lenti