Ermənistanda müxalifət partiyasının rəhbəri həbs edildi

   Ermənistanda    müxalifət partiyasının rəhbəri    həbs edildi
  22 Dekabr 2021    Oxunub:1268
Ermənistanın müxalif Milli Təhlükəsizlik Partiyasının rəhbəri Qarnik İsaqulyan həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə erməni mediası Respublika İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
- Daxil olan sübutlara əsasən, İsaqulyan Cinayət Məcəlləsinin 333-cü (yalan xəbər vermə) maddəsi ilə ittiham olunub. İstintaq Komitəsi onun həbs edilməsi ilə bağlı məhkəməyə vəsatət verib və müraciət təmin edilib. İstintaq davam edir-,məqalədə yazılıb.

Xatırladaq ki, İsaqulyan Ermənistanın Ukraynadakı hazırkı səfiri, baş nazir Nikol Paşinyanın keçmiş mətbuat katibi Vladimir Karapetyanın guya Azərbaycan və Türkiyə xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyünü açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Partiya   Cinayət-İşi  



Xəbər lenti