“Dinc qonşuluq təşəbbüsü bölgədə dialoqun inkişafına yönəlib" - Baş nazir
"Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik. Mənim həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla çox yaxşı və birbaşa münasibətlərim var. Bu il hər iki liderlə iki dəfə görüşmüşəm", - hökumət rəhbəri söyləyib.
Qaribaşvili bildirib ki, Gürcüstan üçün bölgədə dayanıqlı sülhün bərqərar olması son dərəcə vacibdir: "Dinc qonşuluq” təşəbbüsü bölgədə dialoqun inkişafı, qonşular arasında etimadın bərpası və Gürcüstanın vasitəçi kimi mövqeyinin möhkəmlənməsinə yönəlib".
AzVision.az
Teqlər: Gürcüstan