"Zəngəzur dəhlizi region ölkələri üçün yeni imkanlar yaradır" - XİN rəhbəri

   "Zəngəzur dəhlizi region ölkələri üçün yeni imkanlar yaradır" -    XİN rəhbəri
  22 Dekabr 2021    Oxunub:1367
"Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region ölkələri üçün geniş imkanlar yaradır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İran da bu layihələrdən böyük töhfə alan ölkələrdən olacaq. O qeyd edib ki, bu layihə münaqişəsinin həll edilməsinin müsbət elementlərindən biri kimi səciyyələndirilə bilər.

AzVision.az



Teqlər: Zəngəzur-dəhlizi  



Xəbər lenti