Rusiyada rektor sifarişli qətl ittihamı ilə həbs edilib

Rusiyada rektor sifarişli qətl ittihamı ilə həbs edilib
  23 Dekabr 2021    Oxunub:664
Moskvanın Basmannı məhkəməsi sifarişli qətldə təqsirləndirilən Kazan Federal Universitetinin rektoru İlşat Qafurov barəsində həbs qərarı çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məhkəmə istintaqın vəsatətini təmin edib və rektor barəsində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı müvafiq maddə ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Qafurov bir neçə il əvvəl Tatarıstanda baş vermiş qətldə əli olmaqda şübhəli bilindiyi üçün Kazanda saxlanılıb.

Yerli mətbuat onun regional mütəşəkkil cinayətkar qruplardan biri ilə yaxın əlaqələrinin olduğunu yazıb.

AzVision.az



Teqlər: Rektor   Həbs  





Xəbər lenti