Ermənistanda virusa yoluxanların sayı 344 mini keçib

Ermənistanda virusa yoluxanların sayı 344 mini keçib
  23 Dekabr 2021    Oxunub:1180
Ermənistanda son sutka ərzində daha 126 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 344 126 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 15 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 936-ya yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 495 nəfərdir. Aktiv xəstələrin sayı 5 119 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti