Putin peyvənd əleyhinə kampaniya aparanları tənqid edib

Putin peyvənd əleyhinə kampaniya aparanları tənqid edib
  23 Dekabr 2021    Oxunub:228
Rusiya prezidenti Vladimir Putin peyvənd əleyhinə kampaniya aparanları tənqid edib.
AzVision.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında deyib.

"Bu, öz xalqına qarşı dürüst mövqe deyil", - Rusiya lideri əlavə edib.

Dövlət başçısı vurğulayıb ki, pandemiya ilə mübarizənin əsas yolu peyvənddir. Onun sözlərinə görə, ölüm hallarının çox olmasına səbəb kollektiv immunitetin aşağı olmasıdır. Bununla belə, o, peyvənddən imtina etmək çağırışlara görə cinayət cəzasına qarşı çıxıb: "Biz başqa yolla getməliyik - insanlara mövqelərinə baxmayaraq hörmətlə yanaşmaq və müəyyən tədbirlərin zəruriliyini səbirlə izah etmək lazımdır".

Putin onu da deyib ki, sovet dövründə heç kim peyvənd olunmaq istəyi ilə bağlı sual vermirdi.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Vladimir-Putin  







Xəbər lenti