Qazaxıstanda ölüm hökmü ləğv olunub

   Qazaxıstanda ölüm hökmü ləğv olunub
  23 Dekabr 2021    Oxunub:691
Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) ölüm hökmünün ləğvi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər haqqında qanunu qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkə parlamentinin saytı məlumat yayıb.

Dəyişikliklərdə ölüm cəzasının ölkənin Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrindən çıxarılması təklif edilir.

Senat qanuna dəyişikliyi BMT-nin Mülki və Siyasi Hüquq Haqqında Paktın ikinci fakültativ protokolu əsasında hazırlayıb. Qazaxıstan bu protokolu 2021-ci ilin yanvarında ratifikasiya edib.

Bundan sonra Cinayət Məcəlləsində ən ağır cəza ömürlük həbs olacaq.

Qanun imzalanmaq üçün Qazaxıstan prezidentinə təqdim ediləcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti