"Çevrilişdən əvvəl Krımın Rusiya ilə birləşməsi ağlıma da gəlmirdi" - Putin

   "Çevrilişdən əvvəl Krımın Rusiya ilə birləşməsi ağlıma da gəlmirdi" -    Putin
  23 Dekabr 2021    Oxunub:762
"Ukraynada dövlət çevrilişdən əvvəl Krımın Rusiya ilə birləşməsi ağlıma belə gəlməzdi”.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin yekun mətbuat konfransında deyib.

"Qanlı çevriliş oldu, insanlar öldürüldü və yandırıldı... Aydındır ki, vətəndaşların haqlı qəzəbi var idi. Amma Yanukoviç hər şeylə razılaşdı, Qərb ölkələri zəmanət verdi, hamı razılaşdı. Bir-iki gün sonra dövlət çevrilişi. Niyə? Cavab yoxdur. Müxalifətin qələbəsi qaçılmaz idi. Bəs niyə belə etdilər? Bundan sonra Krım məsələsi meydana gəldi -Rusiya başqa cür hərəkət edə bilməzdi, Ukraynada və xüsusən də Donbasda baş verənlərə qarşı zəif iradə göstərə bilməzdi", - Putin söyləyib.

O qeyd edib ki, bu şəraitdə Rusiyanın Krım əhalisini "öz himayəsinə almaqdan” başqa yolu yox idi, çünki Ukrayna hakimiyyəti iki dəfə məsələni güc yolu ilə həll etməyə cəhd edib. Nəticədə - itkilər və Minsk razılaşmaları.

"Onlar yaxşıdır, ya yox? Problem nədir? Onlar bunu yerinə yetirmək istəmirlər. Bu ərazilərdə yaşayan ruslar yerli olmayan xalq elan edildi. Sonra rusları tarixi ərazidən sıxışdırıb çıxarırlar. Onlar deyirlər ki, Rusiya razılaşmaları yerinə yetirməlidir. Razıyıq”, - prezident vurğulayıb.

Putin Kiyevin Donbasa qarşı yeni hərbi əməliyyat hazırladığını istisna etməyib və buna hazırlaşmağın zəruri olduğu fikrini bildirib. Əlavə edib ki, Rusiya özünün təhlükəsizliyinin perspektivləri haqqında düşünməlidir.

Krım 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil olub. Beynəlxalq birlik Krımı Ukraynanın ərazisi kimi tanıyır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Vladimir-Putin  



Xəbər lenti