"Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutmalıdır” - Akar

   "Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutmalıdır” -    Akar
  23 Dekabr 2021    Oxunub:922
"Azərbaycan və Türkiyə prezidentləri Ermənistana barış əli uzadıblar. Bizim niyyətimiz odur ki, Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutsun, dərhal regionda sabitlik təmin olunsun, bölgəyə sülh gəlsin və insanlar təhlükəsiz şəraitdə yaşasın”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailə üzvlərini qəbul edərkən deyib.

"Bizim dərdimiz torpaqlarımıza göz dikilməməsidir. Bizim dərdimiz budur. Bizim heç kimin torpağında gözümüz yoxdur”, - nazir vurğulayıb.

AzVision.az



Teqlər: Hulusi-Akar  



Xəbər lenti