NASA Rusiya ilə əməkdaşlığı dayandırdı

NASA Rusiya ilə əməkdaşlığı dayandırdı
  03 Aprel 2014    Oxunub:924
Agentlik qərarını Rusiyanın Krımı özünə birləşdirməsinə etiraz olaraq izah edir.
Amerika Birləşmiş Ştatlarının Krım məsələsinə görə Rusiyaya qarşı sanksiyalarının, NATO-nun hərbi əməkdaşlığa son qoymasının ardından indi də Amerika AviaKosmik Agentliyi rəsmi Moskva ilə əməkdaşlığı dayandırır.

NASA rəsmi Facebook səhifəsində Rusiya ilə birgə layihələrdəki əməkdaşlığı dayandırdığını bəyan edib.

"Rusiyanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozduğunu nəzərə alaraq, NASA gələcəkdə bu ölkə ilə birgə layihələri dayandırmağa qərar verib"-deyə NASA-nın yaydığı açıqlamada bildirilir.

S. Həsənova


Teqlər:  





Xəbər lenti