İran əfqan qaçqınlara görə xüsusi qurum yaradacaq

İran əfqan qaçqınlara görə xüsusi qurum yaradacaq
  24 Dekabr 2021    Oxunub:849
İran hakimiyyəti Əfqanıstandan miqrasiya axınının kəskin şəkildə artması fonunda qaçqınlar üçün təşkilat yaratmaq istəyir.
AzVision.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

-Milyonlarla miqrantın problemlərini həll edəcək bir təşkilatın yaradılması hökumətin gündəmindədir, - İran prezidenti İbrahim Rəisi deyib.

Onun sözlərinə görə, idarə İran İslam Respublikasında yaşayan əfqan qaçqınlarına yardım göstərəcək.
Qeyd edək ki, BMT-nin məlumatına görə, hazırda İranda Əfqanıstandan olan 780 mindən çox qaçqın var. 2,2 milyondan çox əfqan isə ölkədə qeyri-qanuni yaşayır. İrandakı qaçqınlara səhiyyə, təhsil və iş imkanı verilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) idarəsi isə 2021-ci ildə Əfqanıstandan İrana 500 minə yaxın qaçqının gəldiyini bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  



Xəbər lenti