Emənistanda virusdan ölənlərin sayı 7 939 nəfərə çatıb

Emənistanda virusdan ölənlərin sayı 7 939 nəfərə çatıb
  24 Dekabr 2021    Oxunub:618
Ermənistanda son sutka ərzində daha 135 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 344 261 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 939-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 495 nəfərdir. Aktiv xəstələrin sayı 4843 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti