Bob Bləkmən Prezidenti təbrik edib
"Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycanda müasir cəmiyyət quruculuğu işinə, eləcə də ölkələrimiz arasında əlaqələrin, xüsusilə iqtisadi əməkdaşlığın inkişafına verdiyiniz töhfələrə görə Sizə çox minnətdarıq.
Azərbaycan Respublikası müstəqil ölkə kimi qısa müddətdə böyük nailiyyətlər qazanmış və şübhəsiz, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə inkişaf etməkdə davam edəcəkdir. Cənab Prezident, Sizə cansağılığı, sülhə və Azərbaycan xalqının firavanlığına xidmət edən fəaliyyətinizdə uğurlar arzu edirəm".
AzVision.az
Teqlər: İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


