"Gürcüstanın “3+3” formatında iştirakı üçün qapı həmişə açıqdır" - Zaxarova
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Türkiyə Xarici İşlər Nazirliyinin formatın növbəti görüşünün Ankarada keçirilməsinin mümkünlüyü ilə bağlı bəyanatını şərh edən diplomat xatırladıb ki, təkcə bu ölkə növbəti məsləhətləşmələr üçün platforma təqdim etməyib:
"Amma növbəti görüşün yerinin və məzmununun razılaşdırılması bütün iştirakçıların konsensusu əsasında xarici işlər nazirlikləri vasitəsilə həyata keçirilir. Biz ondan çıxış edirik ki, ilk növbədə ümumi maraq doğuracaq məsələlərə, o cümlədən ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, ümumi çağırış və təhdidlərə qarşı mübarizəyə diqqət yetirmək vacibdir".
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


