"Qarabağ razılaşmaları icra olunur" - Rusiya XİN
“Mən Ermənistana və Azərbaycana, o cümlədən Rusiya tərəfi də daxil olmaqla bu sahədə işləyən bütün ekspertlərə ilk növbədə, səbr və uğurlar arzulayıram. Ən uzun sürən, mürəkkəb və qanlı münaqişələrdən birini həll etmək çox çətin missiyadır”, - Zaxarova bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi hesab edir ki, bütün tərəflər səy göstərsələr, nəticə olacaq.
Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma ümumilikdə yerinə yetirilir: "Razılaşmaların imzalandığı andan keçən hər günün arxasında nəhəng iş dayanır. Bakı və İrəvan bütün müddəaların yerinə yetirilməsi öhdəliyinə sadiq qalırlar", diplomat vurğulayıb.
Pərvanə Sultanova
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


