İrakli Qaribaşvili Azərbaycan Prezidentinə zəng edib

   İrakli Qaribaşvili Azərbaycan Prezidentinə zəng edib
  24 Dekabr 2021    Oxunub:739
Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib. İrakli Qaribaşvili Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti